Haqqımızda
Missiyamız
Bizim missiyamız Qabaqcıl və daim
inkişaf edən, etibarlı, müasir tibbi xidmətlərin bütün spektrini təklif edən təşkilat
olmaq və pasientlərimizə fərdi qulluq və qayğı keyfiyyət standartlarını daimi
artırmaq.
Tarixçə
Funda Hospital 1998-ci ildən bəri xalqımıza tibbi xidmət göstərir. Burada çalışan 70 nəfərdən çox peşəkar heyət hər zaman sizin sağlamlığınızın keşiyində durmağa hazırdır. Hospitalımızda müasir tibbi texnologiyalarla təchiz olunmuş əməliyyatxana, diaqnostika, ginekologiya, pediatriya, terapiya, kardiologiya, travmatologiya, fizioterapiya, urologiya və s. kimi tibbi şöbələr fəaliyyət göstərir. Biz tibb sahəsində nail olduğumuz uğurlarla kifayətlənmirik. Daimi olaraq üzərimizdə çalışıb, müalicə metodlarını, xidmətlərimizin keyfiyyətini, növlərini, istiqamətlərini təkmilləşdiririk. Peşəkar personalımız mütəmadi olaraq aid olan sahələr üzrə konqreslərdə, kurslarda iştirak edir və biliklərinin sərhədini daha da genişləndirirlər. Funda Hospital 21 il ərzində tam funksional bir səhiyyə ocağına çevrilmişdir. Sağlamlığınızı Funda Hospitala etibar edin!