TİBBİ XİDMƏTLƏR

Kompüter tomoqrafİyası

Müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. KT-nın əsasında orqanizmin müəyyən toxumalarının sıxlığından asılı olaraq rentgen şüalarını zəiflətməsi xüsusiyyəti üzərində qurulmuşdur. Əslində, KT rentgenoqrafiya üsulu ilə identikdir, amma kompüter tomoqrafın iş prinsipi məlumatların alınması və oxunması cəhətdən çox fərqlənir.

KT-nın imkanları və üstünlükləri:
KT bu gün beyin, onurğa sütunu, ağ ciyərlər, qara ciyər, böyrəklər, mədəaltı vəzi, aorta və ağciyər arteriyası, ürək və digər orqanlarının xəstəliklərinin diaqnostikasında ən qabaqcıl üsuludur.
KT həm ilkin diaqnostika metodu kimi, həm də təsdiqləndirici metod kimi istifadə olunur.