Elektrokardioqrafiya – ürəyin işi
zamanı elektrik sahələrinin müayinəsi və qeydiyyatına metodudur. Həm
yaşlı insanlarda, həm uşaqlarda kardioloji diaqnostikanın ən yayılmış və
ayrılmaz metodudur. Ritm və keçiriciliyin pozulmalarında, mədə və ürək
qulaqcıqlarının hipertrofiyasında, ürəyin işemik xəstəliklərində, miokard
infarktında və digər ürək xəstəliklərində elektrokardioqrama əvəzolunmaz
diaqnostika üsuludur. EKQ zamanı ürəyin işi bədən üzərində yerləşdirilmiş
elektrodlar vasitəsilə apparata ötürülür, kardioqrama lenti üzərində
göstərilir və kardioloq tərifindən oxunur.
EKQ üçün göstərişlər:
-Ürək yığılmalarının sayının müəyyən edilməsi
-Kəskin və xroniki miokard zədələnmələri
-Kalium, kalsium, maqnezium və s. elektrolit mübadiləsi pozulmaları
-Ürəkdaxili ötürücülüyün pozulmasının aşkar edilməsi
-Ürək işemik xəstəlikləri
-Ürəyin sol və sağ hissəsinin hipertrofiyası
-Dispanserizasiyadan keçərkən