Rentgenoqrafiya —rentgen şüaları vasitəsilə qeyri-şəffaf cisimlərin daxili quruluşunun çəkilməsidir. Ən geniş yayılmış müayinə metodlardan hesab edilir. Diaqnostikanın ilkin mərhələsi sayılan rentgen müayinəsi vasitəsilə insanın sümük-oynaq sisteminə, ağciyərlərə, mədə-bağırsaq sistemi və s. orqanlara aid xəstəlikləri vaxtında üzə çıxarmaq mümkündür.