Funda Hospitalın fizioterapiya otağı
İngiltərə və İtaliyanın BTL, Venusian, Fazinni şirkətlərinin istehsal etdiyi ən
müasir avadanlıqları ilə təchiz olunub.
Bizim hospitalda dayaq-hərəkət aparatı, fəqərəarası disklərin yırtığı,
protruziyalar, skolioz, kifoz, lordoz, osteoxondroz, keçirilmiş insultdan sonra
reabilitasiya, üz sinirinin iflici, oynaqların hərəkət məhdudiyyəti
(kontraktura), artroz, bursit, pleksit, artrit, müalicəvi idman, LOR xəstəlikləri,
ozonaterapiya, trofik xoralar kimi xəstəliklərin müalicəsi aparılır. Həmçinin
saçların tökülməsinin qarşısının alınması, piqment ləkələrin aradan
qaldırılması, qırışların hamarlaşdırılması kimi kosmetoloji prosedurlar
mövcuddur.
Aparılan prosedurlar: magnioterapiya, zərbə-dalğalı terapiya, kvant terapiyası,
lazer terapiyası, fizioterapiya, elektroforez, ultrafonoforez, ozonoterapiya,
karboksiterapiya(Co2), darsonvalizasiya, miostimulasiya, ingalasiya və s.