Elastometriya sayəsində dəliksiz və kəsiksiz
cəmi bir neçə dəqiqəyə qaraciyərinizin nə vəziyyətdə olduğunu ovcunuzun içi qədər
dəqiq görüb, probleminizi bilmək mümkündür.
Elastometriyanın digər müayinə metodlarından üstünlükləri:
- Heç bir əks göstərişi yoxdur.
- Bütün yaş və çəki qruplarına tətbiq edilir.
- Müayinə dəri tamlığını pozmadan icra olunur.
- Müayinə müddəti qısa vaxt (5-15 dəqiqə) ərzində olur.
- Müayinə metodu daha sadə və zərərsiz olduğundan bir neçə dəfə təkrar etmək
olar.
Prosedur necə aparılır?
Xəstəni xüsusi hazırlamağa ehtiyac olmadan çox qısa müddətdə müayinə aparılır.
Pasient USM müayinədəki kimi uzanır və 5-15 dəqiqə müddətində heç bir ağrı
olmadan, zədəsiz Elastometriya müayinəsindən keçir. Müayinəyə ac olaraq gəlmək
məsləhət görülür.