Stomatologiyada tətbiq edilən
rentgenoqrafiyanı iki əsas tipə bölürlər: intraoral (bu zaman rentgenoqrafiya
plyonkası ağız boşluğunda yerləşir) və ekstraoral (bu zaman rentgenoqrafiya
plyonkası ağız boşluğunda yerləşmir).
Ekstraoral rentgenoqrafiyaya aid olan növlərdən biri panoramik 3D rentgendi.
Stomatoloji panoramik 3D rentgen bütünlükdə ağız boşluğunun təsvirini (həm alt,
həm də üst çənə sümüyü üzrə olan dişlərin) bir şəkildə təqdim edir. Bu tip
rentgenoqrafiya artıq inkişaf etmiş olan, həm də hələ təzəliklə çıxan dişlərin
yerləşməsini müəyyən etmək, zədələnmiş dişləri, eləcə də şişləri aşkarlamaq
olar.