Optical Coherence Tomography və ya OCT
gözün strukturlarını skan etmək üçün işıq şüasını istifadə edən diaqnostik
müayinələrdən biridir.
Oftalmologiyada OCT tor qişası, optik sinir və ya gözün ön seqmentinin görünüşlərini
əldə etmək üçün istifadə olunur. OCT əsas fərqi, seqmentlərin daha keyfiyyətli
görünüşünü əldə edilməsidir. OCT-də göz strukturlarını mikrometr səviyyəsində fərqləndirmək
mümkündür. Bu cihaz eyni zamanda skaner və mikroskopdur ki, bu da retinanın
strukturlarını maksimum detallı müşahidə etməyə imkan verir.
OCT ilə əldə edilə bilən məlumatların miqdarı o qədər böyükdür ki, onların
istifadəsi göz xəstəliklərinin öyrənilməsini genişləndirib və hətta yenilərini
kəşf etməyə imkan yaradıb.