TİBBİ XİDMƏTLƏR

Müalİcəvİ blokada

Müalicəvi blokadalar - ağrı sindromunun meydana gəlməsinə səbəb olan patoloji ocağa dərman preparatlarının yeridilməsinə əsaslanan, ağrı və nevroloji xəstəliklərin digər təzahürlərini müalicə edən effektiv bir üsuldur.
Müalicəvi blokadaların digər üsullardan üstünlüyü:
-Yaxşı və sürətli ağrıkəsici effekt onunla əldə edilir ki, dərman vasitələri birbaşa olaraq ağrını yayan sinirlərə və onların ucluqlarına təsir edir.
-Əlavə təsirlərin yaranma ehtimalının az olması. Çünki, müalicəvi blokada zamanı dərman preparatları əvvəlcə birbaşa olaraq patologiya ocağına düşür, yalnız bundan sonra ümumi qan dövranına keçir.
-Ağrı sindromunun hər yeni kəskinləşməsi zamanı müalicəvi blokadaların tətbiqinin mümkün olması.
-Müalicə blokadalarının müsbət terapevtik effekti.
-Onlar patoloji ağrı ocağında əzələ gərginliyini, damar spazmını, iltihabi reaksiyanı və ödemi azaltmağa qadirdirlər.