TİBBİ XİDMƏTLƏR

Akupunktura

Akupunktura - fiziki, psixiki və emosional pozğunluq və xəstəlilərin müalicəsində istifadə olunan təbii yanaşmadır. Onun əsas ideyası sadədir. Əgər insanın hər hansı bir orqanı zədələnibsə, bu o deməkdir ki, orqanizmin bütün sistemləri arasında qarşılıqlı əlaqə pozulub. Belə ki, xəstəlik və əlamətləri deyil, bütün orqanizmi müalicə etmək lazımdır. Bu isə iynələrin müəyyən nöqtələrə təsiri ilə həyata keçirilir.

Ağrısız bir prosedur olduğundan uşaqlarda da istifadəsi mümkündür. İynəbatırma seansları, adətən, 15-30 dəq. davam edir, gündəlik, günaşırı, bəzi hallarda həftədə bir dəfə həyata keçirilir.