TİBBİ XİDMƏTLƏR

USM

USM aparatları ilə aparılan müayinə istənilən yaş qrupu pasiyentlər üçün zərərsiz, yüksək imkanlara malik olduğundan bu diaqnostik metoda tez-tez müraciət olunur. Ən çox müraciət olunan müayinələrdən biri qarın boşluğu orqanlarının ümumi ultrasəs müayinəsidir. Bu müayinə həm kəskin qarın boşluğu proseslərində həm də profilaktika məqsədi ilə aparılır.

Qarın boşluğu orqanlarının ultrasəs müayinəsinə aşağıdakı orqanlar aiddir: öd kisəsi və öd axarları, qaraciyər, mədəaltı vəzi, dalaq, damarlar, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıq.

Bu metodla orqanların ölçüləri, onların daxili strukturu, yerləşmə patologiyaları, əlavə törəmələr, ocaqlı patologiyalar, kəskin və xroniki xəstəliklər, travmatik zədələnmələr və travmatik zədələnmələrdən sonra daxili qanaxmalar üçün xas olan dəyişikliklər aşkar olunur.